İngiltərə Premyer Liqasının 6-cı turu çərçivəsində “Vulverhempton” “Liverpul”u
qəbul edib.
Cixisyolu.com xəbər verir ki, mersisaydlılar çətin də olsa səfər matçından 3 xalla
ayrılmağı bacarıblar. Ev sahiblərinin bir qoluna qonaqlar iki dəqiq zərbə ilə
cavab veriblər – 1:2.
Beləliklə, bu qələbədən sonra Arne Slotun yetirmələri 15 xalla turnir
cədvəlinin birinci pilləsinə yüksəliblər. Cari mövsümdə 5-ci məğlubiyyətlə
üzləşən “Vulverhempton” isə 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qalıb.