İngiltərə Premyer Liqası VAR-dan imtina edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərə Premyer Liqa klubları gələn mövsümdən etibarən VAR-ın ləğv
edilib-edilməməsinə dair səs verəcəklər.
Məlumata görə, səsvermənin təşəbbüskarı “Vulverhempton”dur.
Səsvermə iyunun 6-da baş tutacaq.
Qeyd olunur ki, liqanın 20 klubundan ən azı 14-ü video baxış sistemindən
istifadənin ləğvi üçün səs verməlidir.
Əvvəllər oxşar səsvermə İsveçdə də keçirilib. Ölkə klubları VAR-ı tətbiq
etməkdən imtina ediblər.
UEFA reqlamentinə görə, ölkələr öz daxili turnirlərini VAR-la və ya VAR-sız
keçirməyi özləri qərar verirlər.
Mənbə: championat.com