İngiltərə Premyer Liqasında yeni qərar qəbul edilə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İngiltərə Premyer Liqasında VAR-la bağlı yeni qərar qəbul edilə bilər.
Məlumata görə, İngiltərə klubları yeni mövsümdən etibarən oyunlarda VAR
nəzarətinin olmamasını tələb ediblər. Bu qərar ilk olaraq İsveçdə qəbul edilib.
Klub rəsmiləri bir araya gələrək səsvermə keçiriblər və VAR nəzarətinin
yığışdırılmasını tələb ediblər.
İngiltərə Premyer Liqasında çıxış edən klublar da yeni mövsümdən etibarən
qərarları hakimlərin verməsini istədiklərini deyiblər.
Qeyd edək ki, klub rəsmiləri VAR sistemi olduğu halda yanlış verilən qərarlara
görə bu addımı atıblar.
Mənbə: Goal.com