fcfb2bcb-12f9-4c22-8bec-00d4a6ad46cb..jpg

İngiltərə Premyer Liqasından Türkiyədə zəlzələ qurbanlarına dəstək

Baxış sayı: 865 dəfə baxılıb.

İngiltərə Premyer Liqasından Türkiyədə zəlzələ qurbanlarına dəstək

İngiltərə Premyer Liqasının rəhbərliyi Türkiyədə zəlzələdə həyatını
itirənlərin xatirəsini yad edəcək.

Bu məqsədlə oyunçular liqanın bu həftə oynanılacaq matçlarına qara lentlə
çıxacaq və zəlzələ qurbanlarına maddi yardım ediləcək.

Bu barədə Premyer Liqadan açıqlama verilib.

“Premyer Liqa Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan dağıdıcı
zəlzələlərdən dərin kədər hissi keçirir. Premyer Liqa oyunçuları və hakimlər bu
faciəvi hadisələrdə zərər çəkənlərə və həyatını itirənlərə hörmət əlaməti
olaraq bu həftəsonu oynanılacaq matçlarda qollarına qara sarğı taxacaqlar”, –
deyə açıqlamada qeyd edilib.

İngiltərə Premyer Liqası rəhbərliyi həmçinin bildirib ki, Türkiyə və Suriyada
zəlzələdən zərər çəkənlərə 1 milyon funt sterlinq maddi yardım ediləcək.

Mənbə: Haber Global

Source link