İngiltərədə yanğına görə fövqəladə vəziyyət elan edilib

Baxış sayı: 2. 750 dəfə baxılıb.

İngiltərədə yanğına görə fövqəladə vəziyyət elan edilib

İngiltərənin “Lancashire” ərazisində yerləşən çöl sahəsində baş verən güclü yanğın davam edir.

ÇıxışYolu.Com London.co.uk-a istinadla xəbər verir ki, yanğınla bağlı ərazidə fövqəladə vəziyyət elan edilib.

“Winter Hill” və Skout küçəsində qeydə alınan 2 yanğının qarşısını güclü külək səbəbilə almaq qeyri-mümkündür.

Əraziyə 80-dən çox yanğınsöndürən cəlb edilib.

Yanğını qəsdən törətməkdə şübhəli bilinən 22 yaşlı şəxs həbs edilib.

www.ÇıxışYolu.Com