İngiltərənin Futbol assosasiyası rəsmi Londonun Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək qərarına qarşı çıxıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Assosasiyanın bəyanatında qeyd olunur ki, qurum turnirin boykot edilməsi ilə bağlı istənilən çağırışlara qarşı çıxacaq, belə ki, ingilis futbol funksionerləri idmanın siyasiləşdirilməsinin qəti şəkildə əleyhinədir.
Assosasiya bildirib ki, yalnız nümayəndə heyətinin həyatına hər hansı təhlükə olacağı təqdirdə, bu qərarını yenidən nəzərdən keçirəcək.