d30af7b2-92f5-4889-9602-c242c9ba09fb..jpg

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib

Baxış sayı: 929 dəfə baxılıb.

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib

İnklüziv təhsilin təşkili qaydası təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları
ifadə edir:

1. fərdi tədris planı ‒ inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları
məhdud uşağın ehtiyaclarına və imkanlarına əsasən, təhsil proqramının
uyğunlaşdırılması və ya təhsil proqramının sadələşdirilməsi nəzərə alınmaqla
təlimin məqsədini, vəzifələrini, metod və üsullarını, nəticələrinin
qiymətləndirilməsi meyarlarını özündə ehtiva edən sənəd;

2. təhsil proqramının uyğunlaşdırılması ‒ ümumi təhsilin dövlət
standartlarının sağlamlıq imkanları məhdud olan uşaqların (əqli geriliyi
olanlar istisna olmaqla) imkanlarına uyğun olaraq dəyişdirilməsi;

3. təhsil proqramının sadələşdirilməsi ‒ ümumi təhsilin dövlət standartlarının
əqli geriliyi olan sağlamlıq imkanları məhdud uşaqların ehtiyaclarına uyğun
olaraq dəyişdirilməsi.

Müəssisədə psixoloji-pedaqoji və tibbi göstərişlərə (əks göstərişlərə) uyğun
təhsil almaq üçün lazımi xüsusi şərait olduğu halda, həmin müəssisədə sağlamlıq
imkanları məhdud uşaqların sağlam şagirdlərlə eyni sinifdə təhsilə cəlb
edilməsi məqsədilə inklüziv təhsil sinifləri yaradılacaq.

Sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsil sinfi təşkil olunan
müəssisəyə qanunun 21.1-ci maddəsinə uyğun olaraq yaradılmış
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən, aşağıdakı şərtlər nəzərə
alınmaqla qəbul olunurlar:

1. sağlamlıq imkanları məhdud uşağın sadə özünəxidmət bacarığının olması
(sanitar qovşağından istifadə, əlini yuma, qida qəbulu və s.);

2. sağlamlıq imkanları məhdud uşaqda emosional-iradi sahədə və davranışında
nəzərəçarpan pozuntuların olmaması;

3. müəssisənin pedaqoji heyətinin sağlamlıq imkanları məhdud uşaqla
təlim-tərbiyə işinin təşkili üçün səriştələrinin (kompetensiyalarının) olması;

4. sağlamlıq imkanları məhdud uşağın müəssisənin yaxınlığında yaşaması; 2.1.5.
müəssisənin infrastrukturunun sağlamlıq imkanları məhdud uşaq üçün müyəssər
olması.

Source link