4e7e29b0-04fd-4644-958f-1d3afd6d2f89..jpg

İnsan alverində təqsirləndirilən qadın cəzasının yüngülləşdirilməsini istəyir

Baxış sayı: 566 dəfə baxılıb.

İnsan alverində təqsirləndirilən qadın cəzasının yüngülləşdirilməsini istəyir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İnsan alverində təqsirləndirilən Təranə İsmayılovanın barəsindəki hökmdən
apellyasiya şikayəti verilib.

Pravda.az xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil
Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası
yanvarın 18-nə təyin edilib. O, cəzasının yüngülləşdirilməsini istəyir.

Qeyd edək ki, Təranə İsmayılovanın azərbaycanlı qadınları aldatma yolu ilə,
həmçinin hədə-qorxu ilə məcbur etməklə cinsi istismar edilməsi məqsədilə xaricə
aparmaq üçün sənədlərlə qanunsuz hərəkətlər etdiyi məlum olub. Qeyd olunan
faktlarla bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş
İdarəsində araşdırma aparılıb. İstismar faktı ilə əlaqədar Cinayət Məcəlləsinin
144-1 (insan alveri) və 144-3 (insan alveri məqsədi ilə sənədlərlə qanunsuz
hərəkətlər) maddələri ilə cinayət işi başlanılıb. İşin halları ətraflı
araşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmənin hökmü ilə
T.İsmayılovanın əməlləri sübuta yetirilərək 8 il 3 ay müddətinə azadlıqdan
məhrum edilib.

Source link