İnsan Hüquqları Komitəsinin niderlandlı üzvü İvon Maria Donders Fransanı
miqrantlara qarşı antihumanist davranışlarda, onların saxlanma yerlərinin
düzgün təşkil olunmamasında ittiham edib.
“Report”un məlumatına görə, İnsan Hüquqları Komitəsinin 142-ci sessiyası
çərçivəsində çıxış edən İ.M.Donders qeyd edib ki, Kale və Qrand-Sintdəki
miqrantların vəziyyəti qənaətbəxş deyil:
“Başa düşürük ki, hakimiyyət orqanları hələ də sıfır məskunlaşma siyasətini
tətbiq edirlər, bu siyasətə görə, müvəqqəti sığınacaqlar hər 48 saatdan bir
sistematik olaraq bəzən həddindən artıq güc tətbiq edilməklə sökülür”.
Onun sözlərinə görə, bənzər narahatlıqlar, xüsusilə 2023-cü ilin fevralından
bəri Vambuşu əməliyyatı çərçivəsində Mayotda qeyri-qanuni vəziyyətdə olan
miqrantların müvəqqəti sığınacaqlarının sökülməsi ilə bağlı da mövcuddur.
Niderlandın nümayəndəsi bildirib ki, komitə, həmçinin, miqrantların
Fransa-İtaliya sərhədində saxlanmalarını və ya buna etiraz etmək imkanını izah
edən hüquqi sənədlər əldə etmədən saxlanılmalarına dair xəbərlərdən narahatdır.
İ.M.Dondersin sözlərinə görə, 2024-cü ilin yanvarında qəbul edilmiş miqrasiya
qanunu kiçik hüquq pozuntuları və ictimai qayda üçün təhlükə hesab edilən
davranışları əhatə etməklə deportasiya meyarlarını genişləndirir və hakimiyyət
orqanlarına xarici vətəndaşları hətta faktiki deportasiya üçün əsas olmadan
inzibati həbs etməyə imkan verir.
“Mayotdakı vəziyyətlə bağlı da oxşar narahatlıqlar mövcuddur. Orada sığınacaq
axtaran şəxslər üçün daha az prosedur zəmanəti ilə xüsusi bir rejimlə bərabər,
icraedici təsiri olmayan hüquqi vasitələr də mövcuddur”, – o bildirib.
miqrantlarla davranışını tənqid edib
İnsan Hüquqları Komitəsinin niderlandlı üzvü Fransanın miqrantlarla
davranışını tənqid edib