İndoneziyada yeniyetmə sarışın qız kimi maskalanmış meymunun görüntüsü sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.
ÇıxışYolu.Com “Daily Mail”ə istinadən xəbər verir ki, görüntü Boqor şəhərinin maşın yollarından birində sürücü tərəfindən lentə alınıb.
Videoçarxda dirəyə bağlanmış, çəhrayı kombinezon, günəş eynəyi və yeniyetmə qız maskasında olan balaca meymun sürücülərə əlində olan vedrəni uzadaraq pul dilənir.
İndoneziyada meymunların maskalı şəkildə nümayişi qədim ənənələrdən sayılır. Küçə nümayişlərində meymunlar rəqs edir və ya velosiped sürür.
Habelə 2013-cü ildə heyvan haqları fəallarının təzyiqləri altında bu əyləncə növü Cakartada qadağan edilib.