İnsanı ölümdən qurtara bilən mahnı açıqlandı – VİDEO

İnsanı ölümdən qurtara bilən mahnı açıqlandı – VİDEO

Baxış sayı: 2. 392 dəfə baxılıb.

“Los Del Rio” ispan qrupunun “Macarena” adlı hit mahnısı ürəyin masajı zamanı xəstəni kliniki ölümdən qaytarmağa kömək olur. Belə ki, onun dəqiqədə 103 zərbdən ibarət ritmi ürəyin qapalı masajı zamanı döş qəfəsini sıxma tezliyinə uyğun gəlir.

ÇıxışYolu.Com xəbər verir ki, ispan alimlərin bu haqda elmi araşdırması “Science Alert” nəşrində işıqlandırılıb.

Barselona universitetinin tibb mütəxəssislərinin təşkil etdiyi eksperimentdə 164 tələbə iştirak edib. Onlar üç qrupa bölünüb. 

Birinci qrupdan olan tələbələr döş qəfəsinin kompressiyasını metronom zərbələrinin ritminə uyğun yerinə yetirib. İkinci qrupdan olan könüllülər isə ürək masajını yerinə yetirən zaman “Macarena” mahnısını oxuyub. Üçüncü qrup isə nəzarət qrupu olub.

Ürəyin iki dəqiqəlik masajı başa çatandan sonra nəticələr araşdırılıb. Məlum olub ki, metronomdan istifadə edən tələbələrin 91 faizi ürək reanimasiyası zamanı düzgün temp seçib (dəqiqədə 100-120 dəfə).

İkinci ən yaxşı nəticə göstərən qrup isə “Macarena” mahnısını zümzümə edərək masaj edən könüllülərin yer aldığı qrup olub. Bu qrupda könüllülərin 74% faizi düzgün ritmə düşə bilib. 

Ən pis nəticəni isə, nə metronom nə də mahnı ilə müşayiət metodundan istifadə edən könüllülərin yer aldığı qrup göstərib.

Tədqiqat qrupu bildirir ki, fövqəladə vəziyyətlərdə və ya qəzalar zamanı insanın əlinin altında heç də hər zaman metronom aləti olmur. Ona görə də, 90-cı illərin hitini əzbərləməklə sözün əsl mənasında insanı ölümdən qurtarmaq olar.

.
www.ÇıxışYolu.Com