Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə sosial
şəbəkələrdə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi
vəsaitlərini ələ keçirən Mirağa Ağayev saxlanılıb.
Cixisyolu.com xəbə veri ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti
məlumat yayıb.
Bildirilib ki, o, “Instagram” vasitəsilə tanış olduğu şəxslərə investisiya
kimi şirnikləndirici, heç bir iqtisadi əsası olmayan vədlər verərək onların
pullarını ələ keçirib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb. İş üzrə istintaq hərəkətləri davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis
orqanlarına müraciət edə bilərlər.