“Ramin Yeraz” həbs edilib – YENİLƏNİB

“Ramin Yeraz” həbs edilib – YENİLƏNİB

Baxış sayı: 3. 954 dəfə baxılıb.

Dələduzluqda şübhəli bilinərək tutulan Ramin İsmayılov sosial şəbəkələrdə “Ramin Yeraz” adı ilə tanınan ifaçıdır.

ÇıxışYolu.Com Report-a istinadla xəbər verir ki, o, özünü “Ramin Yeraz prodakşn”ın sahibi kimi təqdim edir, “Youtube”, “Instagram”, “Facebook” və digər sosial şəbəkələrdə aktivliyi ilə seçilir.

Onun sosial şəbəkələrə yüklədiyi mp3 musiqilərinin əvvəlində, ortasında və axırında “Ramin Yeraz prodakşn təqdim edir” cümləsi səslənir.

12:00

Sosial şəbəkələrdə tanış olduğu insanları aldadan şəxsin saxlanılması istiqamətində polislər tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsinə müraciət edən zərərçəkən Şirvan şəhər sakini Rəsul Mehdiyev “Instagram” sosial şəbəkəsində onun videolarını paylaşan “Dublaj.Vine.Baku” adlı səhifənin istifadəçisi ilə tanış olduğunu və onunla görüşən zaman mobil telefonun həmin şəxs tərəfindən oğurlandığını bildirib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin səhifənin sahibi Bakı şəhər sakini, əvvələr məhkum olunmuş Ramin İsmayılov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Ramin İsmayılovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir.

Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nərimanov Rayon Polis İdarəsi, eləcə də, 18-ci Polis Bölməsinə müraciət edə bilərlər.

.
www.ÇıxışYolu.Com