ba6c5882-9491-4c35-8ad7-4ae0942637d9.jpg

“İnter” – “Yuventus” oyununda “qol yağışı”

Baxış sayı: 41 dəfə baxılıb.

İtaliya A Seriyasının 2024/2025 mövsümünün 9-cu turunun “İnter” – “Yuventus”
matçı başa çatıb.

Cixisyolu.com xəbər verir ki, komandalar Milanda “San Siro” stadionunda çıxış
ediblər. Matçı Marko Quidanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
Komandalar 4:4 hesablı sülhə imza atıblar.

Meydan sahiblərinin 2 penaltisini Pyotr Zelinski qola çevirib, komandanın daha
iki qolunu Henrix Mxitaryan və Denzel Dümfris vurublar. Qonaqların heyətində
Kenan Yıldız dubla imza atıb. Həmçinin Duşan Vlahoviç və Timoti Vea da
fərqləniblər.

Keçirilən doqquz matçdan sonra “İnter” 18 xal toplayaraq 2024/2025-ci illər
mövsümündə A Seriyasının turnir cədvəlində ikinci yerdədir. “Yuventus” eyni
sayda oyundan sonra 17 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” 22 xalla
liderdir.

Source link