364e9e0f-32e4-43b2-b4cb-182d286d27cd..jpg

“İnter”dən darmadağın: Lautaro Martines A Seriyasının tarixinə düşdü – VİDEO

Baxış sayı: 530 dəfə baxılıb.

“İnter”dən darmadağın: Lautaro Martines A Seriyasının tarixinə düşdü – VİDEO

İtaliya A Seriyasının VII turunda “İnter” “Salernitana”nın qonağı olub.

Cixisyolu.com xəbər verir ki, qarşılaşma Milan təmsilçisinin böyük hesablı qələbəsilə
başa çatıb – 0:4.

Hər dörd qolu Lautaro Martines vurub. 54-cü dəqiqədə meydana çıxan argentinalı
forvard 62, 77, 85 (pen.) və 89-cu dəqiqələrdə fərqlənərək pokerə imza atıb.

L.Martines bu göstərici ilə A Seriyasının tarixinə düşüb. O, yarışda qələbəyə
görə üç xalın verildiyi periodda, yəni 1994/95 mövsümündən bəri meydana
sonradan çıxıb dörd qol vurmağı bacaran ilk oyunçu ünvanını qazanıb.

Qələbədən sonra xallarını 18-ə çatdıran “İnter” birinci pillədədir. “Milan”ın
da eyni sayda xalı var. “Salernitana” isə üç xalla 18-cidir.

Faiq Tahirov


Source link