Rusiyada dostu qadının yeni doğulmuş körpəsini oğurlayıb.
REN TV-nin məlumatına görə, hamilə olan Moskva sakini doğum sancıları başlayanda sosial şəbəkədə tanış olduğu rəfiqəsindən kömək istəyib.
Onu xəstəxanaya yerləşdirən rəfiqəsi yeni doğulan uşağın sənədlərini öz adını yazdırıb.
Səhhəti ilə əlaqədar iki həftə xəstəxanada qalmalı olan ana yeni doğulmuş oğlunu rəfiqəsinə verib.
Uşağın artıq onların soyadını daşıdığını deyən rəfiqəsi övladını anaya qaytarmayıb.
Hazırda polis hadisəni araşdırır.