87bbe51e-61c1-49d3-b33c-89e304874e6a..jpg

İnternetdə yayılan saxta məlumatla bağlı RƏSMİ AÇIQLAMA

Baxış sayı: 480 dəfə baxılıb.

İnternetdə yayılan saxta məlumatla bağlı RƏSMİ AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar
vasitəsi ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin
adından guya yeni investisiya layihəsinin başlanmasına dair Azərbaycan xalqına
ünvanlanmış videomüraciət yayılıb”.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) və
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX)
açıqlamasında bildirilib.

Qeyd olunub ki, qeyd olunan videomüraciət heç bir reallığı əks etdirmir və
“deepfake” texnologiyaları ilə hazırlanmış saxta məlumatdır.

“Cəmiyyəti bir daha yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa
çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı
və sosial media hesabları mötəbər informasiya mənbəyi olaraq daim aktivdir və
dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır.

Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara
qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara
söykənən kampaniyaların qlobal səviyyədə vüsət aldığı bir şəraitdə sayıq olmağa
səsləyirik”, – deyə məlumatda bildirilib.

Source link