“İnterpol”un qırmızı bülletenlə axtardığı cinayətkarlar İstanbulda ələ
keçirildilər – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışa verilən daha iki cinayət
təşkilatının liderləri Türkiyənin İstanbul şəhərində ələ keçiriliblər.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında
paylaşım edib.
Ali Yerlikaya İstanbulda keçirilən “Kafes” əməliyyatları çərçivəsində daha iki
cinayət təşkilatının liderlərinin saxlanıldığını açıqlayıb.
“Belçikada ölkə üzrə narkotiklərin yayılmasını təşkil edən təşkilatın rəhbəri,
“İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan İngiltərə vətəndaşı Mohammed
Zakir Miah İstanbulun Büyükçekmece rayonunda, “İnterpol”un qırmızı bülleteni
ilə Vyetnamda ağır yaralama cinayətinə görə axtarılan Çin vətəndaşı Çen Xuefen
İstanbulun Bağcılar səmtində “Kafes-20” əməliyyatı zamanı ələ keçiriliblər. Çen
Xuefenin Vyetnama ekstradisiyası ilə bağlı prosedurlar başa çatıb.
Əməliyyatı təşkil edən qəhrəman polislərimizi təbrik edirəm”, – deyə nazir
paylaşımda qeyd edib.
🟥 İnterpol Kırmızı Bülten’le aranan ve Belçika’da ülke genelinde uyuşturucu
dağıtımı organize eden örgüt elebaşı İngiliz uyruklu MOHAMMED ZAKİR MIAH
İstanbul Büyükçekmece’de,
🟥 İnterpol Kırmızı Bülten’le Vietnam’da ağır yaralama suçuyla aranan Çin
uyruklu CHEN XUEFENG İstanbul…pic.twitter.com/uVdv2kiFdn
— Ali Yerlikaya (@AliYerlikaya) December 15, 2023
Mənbə: Haber Global