7156be07-c3c4-4048-a64d-6a6be9db5154..jpg

İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Özünü öldürəcəyini deyirdi”

Baxış sayı: 1. 922 dəfə baxılıb.

İntihar edən 13 yaşlı qızla bağlı İDDİA: “Özünü öldürəcəyini deyirdi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün Bərdədə 13 yaşlı qız intihar edib .
Hadisə rayonun Qarayusifli kəndində qeydə alınıb. 2011-ci il təvəllüdlü F.C-nın
meyiti tövlədə asılmış vəziyyətdə tapılıb.

AzVision.az intihar hadisəsinin detalları haqqında məlumat əldə etmək üçün
F.C-nın şagirdi olduğu Qarayusifli kənd tam orta məktəbinin direktoru Mayisə
Quliyeva ilə əlaqə saxlayıb.

Məktəb direktoru bildirib ki, 13 yaşlı qız əlaçı olmasa da, dərsə davamiyyəti
yaxşı olub və tədbirlərdə aktiv iştirak edib.

“Oxumasına görə orta səviyyədə olan şagird idi. Tədbirlərimizdə fəal çıxış
edirdi. Psixoloji durumunda pozğunluq hiss etməmişdik. Sakit, başıaşağı qız
idi. Ondan yaşca kiçik qardaşı da bizim şagirddir. Qızın dərsə davamiyyəti çox
yaxşı idi. Bu yaxınlarda bircə dəfə dərsdən qalmışdı, evinə nümayəndə
göndərmişdik. Bəlli olmuşdu ki, valideyn səhlənkarlığı ucbatından yatıb
qalıblar. Həmin bacı-qardaşın dərsdən yayınmasına bir gün belə icazə
verməmişəm. Qız məktəbin həyətində sakit-sakit gəzirdi, heç kimə qarışmırdı” .

Direktorun sözlərinə görə, F.C-nın anası evdar qadındır, atası isə əvvəllər
kənddə qəssab işləyib, hazırda isə mal-heyvan təsərrüfatı ilə məşğul olur.

“Valideynləri intiharla bağlı bir söz demirlər. Camaat danışır ki, qız üç gün
bundan öncə deyirmiş ki, özünü öldürəcək. Hərə bir iddia səsləndirir”.

Kənd sakinlərinin verdiyi məlumata görə, F.C-nın ailəsində problemlər olub və
tez-tez münaqişə edirmişlər. Son mübahisə də elə intihardan üç gün əvvəl olub.

Hətta üç-dörd ay bundan öncə F.C-nın anası yoxa çıxıbmış. Ailəsi uzun müddət
onu axtarıb. Dekabrın 31-də atası tapıb, evlərinə geri qaytarıb. Bu müddət
ərzində uşaqların qayğısına nənə qalırmış.

Ailələrindəki söz-söhbət səbəbindən bacı-qardaşın məktəbdə bullinqə məruz
qalmasının qarşısını almaq üçün tədris ocağının rəhbərliyi bütün siniflərdə
şagirdlərlə söhbət aparıbmış.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon prokurorluğu araşdırma aparır.

Source link