0a2911fc-9aef-44e5-a87b-fc55d8355f81..jpg

İntihar edən vəkil Vüsal Mirzəyevin üzərində əlyazma aşkarlandı – YENİLƏNİB + VİDEO

Baxış sayı: 868 dəfə baxılıb.

İntihar edən vəkil Vüsal Mirzəyevin üzərində əlyazma aşkarlandı – YENİLƏNİB +
VİDEO

Vəkil Vüsal Mirzəyevin Sumqayıt şəhərində yaşadığı evdə intihar etməsinə dair
şəhər prokurorluğunda araşdırma aparılır.

APA-nın xəbərinə görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən sorğuya
cavab olaraq bildirilib.

Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi
günahlandırmaması qeyd edilib.

10:43

Sumqayıtda intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində baş verib.

Məlumata görə, Vüsal Qiyas oğlu Mirzəyev özünü yaşadığı həyətdə qaz borusundan
asıb.

İntihar edən şəxs vəkil kimi fəaliyyət göstərirdi. Vəkilin hansı səbəbdən
intihar etməsi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.


Source link