İntim nahiyəsində narkotik vasitə keçirmək istədi

İntim nahiyəsində narkotik vasitə keçirmək istədi

Baxış sayı: 3. 324 dəfə baxılıb.

İntim nahiyəsində narkotik vasitə keçirmək istədi

Gömrükçülər İran vətəndaşlarında narkotik vasitələr aşkarlayıb.

DGK-dən ÇıxışYolu.Com-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycana piyada gələn İran vətəndaşları saxlanılıb və onların üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama nəticəsində saxlanılan şəxslərdən birinin daxili orqanında (düz bağırsağında) beş ədəd bükümdə narkotik vasitələr – xalis çəkisi 143,05 qram olan heroin və 3,80 qram tiryək, eləcə də 0,560 qram psixotrop maddə – metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com