İntim şəkilləri yayacağı ilə hədələyib pul tələb edən məhkəmə qarşısında

İntim şəkilləri yayacağı ilə hədələyib pul tələb edən məhkəmə qarşısında

Baxış sayı: 2. 352 dəfə baxılıb.

İntim şəkilləri yayacağı ilə hədələyib pul tələb edən məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Elvin İsmayılovun CM-nin 182-ci (hədə-qorxu ilə tələb etmə, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, ittiham aktına əsasən, Elvin İsmayılov tanış qadından 10 min manat pul tələb edib, pul verməyəcəyi təqdirdə isə onun intim şəkillərini sosial şəbəkələrdə yayacağını bildirib. 

Bununla əlaqədar zərərçəkmiş polisə müraciət edib, keçirilmiş əməliyyat tədbiri nəticəsində E.İsmayılov saxlanılıb.

Məhkəmə prosesində dövlət ittiham aktını elan edib. Bundan sonra təqsirləndirilən E.İsmayılov ifadə verib.

Məhkəmə prosesi davam edir.

www.ÇıxışYolu.Com