e9bebd18-7ef0-4b74-9976-5e5bc7d3f737..jpg

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Baxış sayı: 576 dəfə baxılıb.

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib
yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyev barəsindəki hökmdən verilən
kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

“Qaynarinfo”nun məlumatına görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun
sədrliyi ilə keçirilən prosesdə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan
edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6
ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki
iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş
qadın apellyasiya şikayəti verib.

Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin
edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O,
birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın
ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini
istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Zaur Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin
156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları
və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma)
maddələri ilə ittiham olunub.

İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə
gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin
sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər
aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust
ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Source link