4c74a657-5881-43eb-ba77-366e40a0a25e.webp

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Baxış sayı: 167 dəfə baxılıb.

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib
yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin

barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Nazim
Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6
ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan
mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də
zərərçəkmiş qadın apellyasiya şikayəti veriblər. Qadın qaldırdığı 192 min
manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən
şəxsə təyin olunmuş cəzadan razı deyil.

O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın
ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini
istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Ali Məhkəmədə
keçirilən prosesdə isə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan edilib.

Xatırladaq ki, Zaur Mirzəyev 2023-cü ilin avqustunda həbs edilib. O, Cinayət
Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik
materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə
səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Zaur
Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera
quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş
otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış
qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet
şəbəkələrində yayılmasına səbəb olub.

Source link