4bea35d7-b146-47b3-875d-3b81642a7c09..jpg

İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisini cəzalandırdı

Baxış sayı: 647 dəfə baxılıb.

İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisini cəzalandırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

AFFA İntizam Komitəsi “Sumqayıt”ın baş məşqçisi Samir Abasovu cəzalandırıb.

Cixisyolu.com xəbər verir ki, buna 45 yaşlı mütəxəssisin “Neftçi”yə 2:1 hesabı ilə
qalib gəldikləri Premyer Liqanın XIII turunun oyunu başa çatdıqdan sonra etdiyi
qeyri-idman hərəkəti səbəb olub.

Abasov buna görə biroyunluq cəza alıb, həmçinin sentyabrın 19-da təyin edilən
üçaylıq sınaq müddəti başa çatmamış növbəti dəfə qırmızı vərəqə aldığına görə
həmin tarixdə verilən ikioyunluq şərti cəza üzərinə əlavə edilməklə ümumilikdə
üçmatçlıq cəzaya məruz qalıb. “Gənclik şəhəri” təmsilçisi isə 1000 manat
cərimələnib.

“Neftçi” həmin qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil
olmasına görə 800 manat ödəyəcək.

Hər iki kollektiv dörd oyunçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüb.

Source link