bfab818c-a6e5-4b2a-9977-6f9c3bf5f366..jpg

İntizamsızlığın ən yüksək olduğu çempionatlar: Azərbaycan Premyer Liqasının yeri bəlli oldu

Baxış sayı: 846 dəfə baxılıb.

İntizamsızlığın ən yüksək olduğu çempionatlar: Azərbaycan Premyer Liqasının
yeri bəlli oldu

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) liqalar üzrə intizam cədvəlini
təqdim edib.

76 çempionat arasında Azərbaycan Premyer Liqası da yer alıb. Hər oyununda orta
hesabla 4,81 sarı və 0,27 qırmızı vərəqə göstərilən ölkə birinciliyi
intizamsızların sıralamasında 26-cıdır.

Ən pis göstərici Boliviya çempionatındadır. Orada hər matçda orta hesabla 6,46
sarı və 0,55 qırmızı vərəqə göstərilir. Ən yaxşı göstəriciyə isə Yaponiya II
Liqası malikdir. Bu çempionatda oyun başına 1,94 sarı və 0,05 qırmızı vərəqə
düşür.

Mənbə: football-observatory.com

Source link