a197e1d3-7cad-4e61-a783-573b4c3935d0.jpg

İnyesta karyerasını bitirdikdən sonra ilk dəfə açıqlama verdi

Baxış sayı: 268 dəfə baxılıb.

Kataloniya “Barselona”sının və İspaniya milli futbol komandasının sabiq
yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerasını başa vurduqdan sonra ilk
dəfə açıqlama verib.

Cixisyolu.com xəbər verir ki, o, bu barədə sosial şəbəkədəki səhifəsində məlumat
yayıb.

39 yaşlı yarımmüdafiəçi 1996-2018-ci illərdə “Barselona”da çıxış edib. Bu
müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün turnirlərdə 674
matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.

Andres, həmçinin Yaponiyanın “Vissel Kobe” klubunda oynayıb. Onun son klubu
isə Birləşmiş Ərəb Əmirliklərinin “Emireyts”i olub.

İspaniya millisinin tərkibində İnyesta iki dəfə Avropa və Dünya Kubokunun
qalibi olub.

Source link