“Barselona”nın keçmiş yarımmüdafiəçisi Andres İnyesta karyerasını Yaponiyada davam etdirəcəyini təsdiqləyib.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Dostumla yeni evimə uçuram”, – deyə İnyesta sosial şəbəkəyə yerləşdirdiyi “Vissel Kobe” klubunun idarə heyətinin sədri ilə çəkdirdiyi fotonun təsvirində yazıb.
Cari mövsümdə İnyesta 43 matç keçirib, iki qol vurub və dörd qol ötürməsi verib.
Bundan əvvəl İnyesta karyerasını Çin və ya Yaponiya çempionatında davam etdirəcəyini bildirmişdi.