İordaniya İsraildəki səfirini geri çağırdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İordaniya Fələstinin HƏMAS hərəkatı ilə qarşıdurmada yəhudi dövlətinin
hərəkətlərinə etiraz olaraq İsraildəki səfirini geri çağırıb.
Bu barədə noyabrın 1-də İordaniya Xarici İşlər Nazirliyinə istinadən məlumat
yayılıb.
Diplomatik qurumun rəhbəri Ayman əs-Səfədi qeyd edib ki, səfir yalnız Qəzza
zolağında döyüşlər və humanitar böhran bitəndə qayıdacaq.
Nazirin sözlərinə görə, İsrail Xarici İşlər Nazirliyi də təhlükəsizlik
tədbirləri ilə əlaqədar daha əvvəl İordaniyanı tərk etmiş nümayəndəsini Əmmana
qaytarmamalıdır.
Mənbə: iz.ru