İordaniya kralı İlham Əliyevə məktub göndərib

İordaniya kralı İlham Əliyevə məktub göndərib

Baxış sayı: 2. 499 dəfə baxılıb.

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, təbrik məktubunda deyilir: 

“Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə İordaniya Haşimilər Krallığının hökuməti və xalqı adından, şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Bu xoş fürsətdən istifadə edərək, Zati-aliləri, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram”.

www.ÇıxışYolu.Com