d64cc1ff-beac-48f6-8e94-47c39bb5b6aa..jpg

İordaniya millisinin baş məşqçisi: “Azərbaycan yaxşı futbol oynayan komandadır”

Baxış sayı: 624 dəfə baxılıb.

İordaniya millisinin baş məşqçisi: “Azərbaycan yaxşı futbol oynayan komandadır”

“Azərbaycan yaxşı futbol oynayan komandadır”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri İordaniya millisinin baş məşqçisi Hüsseyn
Ammuta Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq
oyunundan əvvəl mətbuat konfransında deyib.

O, sabahkı matça hazırlaşmaq üçün çox vaxtlarının olmadığını vurğulayıb:

“Norveçlə oyundan sonra Azərbaycanla matça hazırlaşmaq üçün cəmi iki məşq
keçmək imkanımız var. Bilirik ki, Azərbaycan Avropanın güclü komandalarından
biri deyil. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Sabahkı matçda yaxşı
nəticə qazanıb, təlim-məşq toplanışını uğurlu bitirmək istəyirik”.

“Dalğa Arena”da keçiriləcək Azərbaycan – İordaniya görüşü saat 20:00-da
başlayacaq.

Source link