03e47fff-24e3-4db1-80e6-879bf8d03937..jpg

İPL: “Liverpul” uduzdu, “Çelsi”, “Tottenhem” və “Mançester Siti” qalib gəldi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 779 dəfə baxılıb.

İPL: “Liverpul” uduzdu, “Çelsi”, “Tottenhem” və “Mançester Siti” qalib gəldi –
YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasında XXVII turun oyunları keçirilir.

Cixisyolu.com xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Mançester Siti”
səfərdə “Kristal Pelas”a qalib gəlib – 1:0.

Matçda yeganə qolu 78-ci dəqiqədə penaltidən Erlinq Holann vurub.

Qələbə sayəsində xalını 61-ə çatdıran “şəhərlilər” lider “Arsenal”dan 2 xal
geri qalır.

Bir oyun az keçirən London klubu sabah “Fulhem”lə üz-üzə gələcək.

21:53

İngiltərə Premyer Liqasında XXVII turun oyunları davam edir.

Cixisyolu.com xəbər verir ki, “Çelsi” bu tur “Lester”in qonağı olub.

Matç “zadəganlar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ben Çilluel, Kay
Haverts və Matteo Kovaçiçin qollarına “Lester”dən yalnız Patson Daka cavab verə
bilib.

Qələbə sayəsində xalını 37-yə çatdıran “Çelsi” yenə 10-cu pillədədir. “Lester”
isə 24 xalla 16-cıdır.

Londonun digər klubu “Tottenhem” isə öz meydanında “Nottinqem”i sınağa çəkib.
Bu görüş də paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Harri
Keynin dubl etdiyi qarşılaşmada meydan sahiblərinin sonuncu qoluna Son Xın Min
imza atıb. Qonaqların yeganə topunu Co Uorral vurub.

Xallarının sayını 48-ə yüksəldən “Tottenhem” 4-cü pillədə qalıb. “Nottinqem”
isə 26 xalla 14-cü pillədədir.

18:43

İngiltərə Premyer Liqasında (İPL) XXVII tur davam edir.

Cixisyolu.com xəbər verir ki, “Bornmut” öz meydanında “Liverpul”la qarşılaşıb.

Bu matça qədər 21 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşmış
meydan sahibləri doğma azarkeşləri önündə qələbəyə seviniblər. Qarşılaşmanın
taleyini 1 qol həll edib. Billinqin 28-ci dəqiqədə vurduğu top komandasına 3
xal qazandırıb.

“Liverpul”un ulduzu Məhəmməd Salah isə 69-cu dəqiqədə penalti zərbəsini qola
çevirə bilməyib.

Bu nəticə ilə xallarının sayını 24-ə yüksəldən “Bornmut” turnir cədvəlində
16-cı sıraya yüksəlib. Mersisaydlılar isə 42 xalla 6-cı yerdə qalıblar.


Source link