408ba0e2-d268-4a95-bb1d-66e0675a1a1c..jpg

İPL: “Tottenhem” uduzdu, “Çelsi” xal itirdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 1. 339 dəfə baxılıb.

İPL: “Tottenhem” uduzdu, “Çelsi” xal itirdi – YENİLƏNİB + VİDEO

İngiltərə Premyer Liqasının XVIII turunda günün son matçı Nottingemdə
oynanılıb.

Cixisyolu.com xəbər verir ki, “Nottingem Forest” “Çelsi”ni qəbul edib.

Oyunda hesabı “zadəganlar” açıb. Sterlinq 16-cı dəqiqədə fərqlənib.

Aurier 63-cü dəqiqədə status-kvonu bərpa edib. Bu, matçda vurulan son qol olub.

Bu nəticə ilə xallarının sayını 25-ə çatdıran “Çelsi” 8-ci pilləyə yüksəlib.
14-cü xalını qazanan “Nottingem Forest” isə 18-ci sırada qalıb.

20:08

İngiltərə Premyer Liqasının (İPL) XVIII turunun daha bir matçı Londonda baş
tutub.

Cixisyolu.com xəbər verir ki, “Tottenhem” öz meydanında “Aston Villa” ilə üz-üzə
gəlib.

Oyunun ilk hissəsində ol olmayıb. İkinci hissədə iki qol vuran “çəkicdöyənlər”
yekunda səfərdən 3 xalla dönüblər.

Qolları 50-ci dəqiqədə Buendia, 73-cü dəqiqədə isə Duqlas Luiz vurub.

Bu nəticə ilə xallarının sayını 21-ə yüksəldən “Aston Villa” 12-ci pillədəki
yerini qoruyub, “Tottenhem” isə 30 xalla 5-ci sırada qalıb.


Source link