b1576ebd-5b73-4958-8a39-8088d308d90b..jpg

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – CƏDVƏL

Baxış sayı: 565 dəfə baxılıb.

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – CƏDVƏL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə
müraciət edirlər.

Daşınmaz əmlakların girov predmeti olması isə bu bazarın canlanmasına səbəb
olur.

Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi 2023-cü ilin statistikası barədə məlumat
yayıb.

2023-cü il ərzində bağlanan ipoteka müqavilələrinin sayı

Ötən il ərzində ölkəmizdə 81 762 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə
alınıb. Bu, 2022-ci il ilə müqayisədə 8 785 ədəd və ya 12% çoxdur.

Ən çox girov qoyulan daşınmaz əmlaklar

Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və
fərdi yaşayış evləri üstünlük təşkil edir. Ən çox girov qoyulan daşınmaz əmlak
isə mənzildir. Belə ki, 2023-cü il ərzində 45 532 mənzil üzrə ipoteka
müqaviləsi bağlanılıb. Bu dövrdə girov qoyulmuş ümumi 81 762 əmlakdan 16 750-si
torpaq sahəsinin, 11 866-sı isə fərdi yaşayış evinin payına düşür.

Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb

2023-cü il ərzində 42 484 ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə
ümumi göstəricinin 52%-ni təşkil edir. Bakıdan sonra ipotekanın ən çox dövlət
qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın
Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 4 saylı Abşeron (10 894
müqavilə), 2 saylı Sumqayıt (4 613 müqavilə), 5 saylı Xaçmaz (3 878 müqavilə)
və 3 saylı Gəncə ərazi idarələrində (3 871 müqavilə) aparılıb. Bu, həmin
bölgələrdəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi də qiymətləndirilə
bilər.

Mənzillərin ən çox girov qoyulduğu bölgələr

2023-cü il ərzində ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı,
Abşeron və Sumqayıtdır. Girov qoyulan mənzillərin 92,9%-i bu üç ərazi
idarəsinin payına düşür. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 9 saylı
Qəbələ (17 müqavilə), 14 saylı Şamaxı (23 müqavilə) və 11 saylı Şəmkir (26
müqavilə) ərazi idarələridir.

Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu regionlar

2023-cü il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə də
paytaxt Bakı ilk yeri tutur. Bununla belə, bölgələrdə də bu kateqoriya üzrə
aktivlik müşahidə olunur. Belə ki, bölgələrdə fərdi yaşayış evlərinin ən çox
girov qoyulduğu ərazilər 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10
saylı Lənkəran ərazi idarələrinin əhatə etdiyi rayonlardadır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr

Hesabat dövrü ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər
sırasında ilk üçlüyü müvafiq olaraq 5 saylı Xaçmaz, 1 saylı Bakı və 4 saylı
Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr
isə 16 saylı Ucar (215 müqavilə) və 8 saylı Cəlilabad (239 müqavilə) ərazi
idarələrinin əhatə etdiyi rayonlardır.

Torpaq sahələrinin ən çox girov qoyulduğu ərazi idarələri

Source link