İpoteka krediti alanların sayı bəlli oldu

İpoteka krediti alanların sayı bəlli oldu

Baxış sayı: 2. 483 dəfə baxılıb.

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

ÇıxışYolu.Com fonda istinadən xəbər verir ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 21 min 973 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 994 milyon 549 min 280 manatdan çox olub.

Qeyd edək ki, 2006-2017-ci illərdə fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 944,3 mln. manata, bu kreditlər hesabına öz yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 21 300-ə yaxın olub.

Bu kreditlərin 278,7 mln. manatdan çox hissəsini (6 238 ədədini) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

.
www.ÇıxışYolu.Com