İpoteka kreditlərinə büdcədən 50 milyon manat ayrılıb

İpoteka kreditlərinə büdcədən 50 milyon manat ayrılıb

Baxış sayı: 2. 684 dəfə baxılıb.

Bu ilin mart ayının 1-nə dövlət  büdcəsindən İpoteka Fonduna 50.0 milyon manat vəsait ayrılıb. 

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 19,2 mln. manat təşkil edib.

Ümumilikdə fondun xətti ilə ilin əvvəlindən 33,8 milyon manat kredit verilib.  

AİKZF tərəfindən yerləşdirilən ipoteka istiqrazlarının həcmi 35.0 milyon manat olub.  Kreditlər üzrə orta faiz dərəcəsi 6.63, aylıq ödəniş 325.9 manat təşkil edib.  

2018-ci ildə Azərbaycanda əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmələri məqsədilə büdcədən sosial mənzillərin tikintisi, eləcə də, ipoteka layihələrinin maliyyələşdirilməsinə 250 milyon manat, o cümlədən cari xərclərin hesabına 150 milyon manat, dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına 100 milyon manat vəsait nəzərdə tulub.  

L.Ə
www.ÇıxışYolu.Com