7ef351f8-f099-467c-8425-e6207da66dae..jpg

İpoteka kreditlərində CANLANMA – VİDEO

Baxış sayı: 1. 113 dəfə baxılıb.

İpoteka kreditlərində CANLANMA – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gələn il dövlət büdcəsindən İpoteka və Kredit Zəmanət Fonduna 100 milyon manat
vəsait ayrılması nəzərdə tutulur.

Xezerxeber.az-ın xəbərinə görə, bunun da 87,7 milyon manatı əhalinin mənzilə
olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə
etməsinə ayrılacaq.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, ölkəmizdə əmlak
bazarında kreditlə mənzil alanlar üstünlük təşkil edir və bu məbləğ ayrıldıqdan
sonra əmlak bazarında canlanma gözlənilir.

12,3 milyon manat isə sahibkarlara subsidiya verilməsi üçün ayrılacaq.

Ekspert deyir ki, əmlak bazarında qiymətlər dəyişdiyindən verilən ipoteka
kreditlərinin həcminə də yenidən baxılmalıdır. Təkcə ötən il 60 mindən çox
mənzil ipoteka və digər kredit şərtləri ilə satılıb.

Qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 47 min
356 ipoteka krediti verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Source link