İpoteka kreditlərinin veriləcəyi tarix məlum oldu – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İpoteka kreditlərin veriləcəyi tarix məlum olub.
“Xəzər xəbər”in məlumatına görə, adi ipoteka kreditləri üzrə müraciətlərin
qəbuluna fevralın 2-də saat 11:00-dan start veriləcək.
Bu il ayrılması nəzərdə tutulan kreditin həcmi 2023-cü ildəki ilə eynidir.
İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə direktoru İlham
Kələşov bildirib ki, hazırda 22 bankla əməkdaşlıq edilir və onların siyahısı
fondun rəsmi səhifəsində qeyd edilib.
Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulundakı vəziyyət isə
videosüjetdə əksini tapıb: