0c063333-9c3f-48d4-9457-cdcb7ee0d941..jpg

İpoteka kreditləşməsində DƏYİŞİKLİK: Yeni limitlər ayrıldı

Baxış sayı: 693 dəfə baxılıb.

İpoteka kreditləşməsində DƏYİŞİKLİK: Yeni limitlər ayrıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka
kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün
limitlər ayırıb.

Bu barədə İKZF-dən bildirilib.

“Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın ikisində saat
11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə
bağlı əlavə məlumat veriləcəkdir”, – məlumatda deyilir.

Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət
Portalında (www.e-gov.az ) mövcud olan “Elektron ipoteka
və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir.

İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet
səhifəsindən (www.mcgf.gov.az/menu/46 ) əldə
edə bilərsiniz.

Source link