ecd91e3f-15f5-46fa-a3de-fe0a1f66801f..jpg

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

Baxış sayı: 671 dəfə baxılıb.

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə
kapitalı artırılaraq 980 700 000 manat olub.

President.az -ın xəbərinə görə,
bununla bağlı Prezidentİlham Əliyev Azərbaycan Respublikası Prezidentinin
2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Qeyd edək ki, fondun öncəki nizamnamə kapitalı 893 000 000 həddində idi.

Fərmanın icrası 2023-cü ilin dövlət büdcəsindən fonda ayrılan 87 700 000 manat
hesabına təmin ediləcək. Maliyyələşmə Maliyyə Nazirliyinə həvalə olunub.

Source link