93779dbc-fa39-474e-b33c-b8abf08e6d5b..jpg

İpoteka vəsaitlərini mənimsəməkdə təqsirləndirilən sabiq bank əməkdaşı ilə bağlı hökmdən şikayətə baxılıb

Baxış sayı: 491 dəfə baxılıb.

İpoteka vəsaitlərini mənimsəməkdə təqsirləndirilən sabiq bank əməkdaşı ilə
bağlı hökmdən şikayətə baxılıb

Bakı Apellyasiya Məhkəməsində ipoteka vəsaitlərini mənimsəməkdə təqsirli
bilinən sabiq bank əməkdaşı Cahandar Əmrahlı ilə bağlı hökmdən verilmiş
şikayətə baxılıb.

“Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Anar
Tanrıverdiyevin sədrliyi ilə keçirilən prosesdə protest və şikayətlər
dinlənilib.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə
saxlanılıb.

Qeyd edək ki, ittiham aktına görə, Cahandar Əmrahlının vəzifə
səlahiyyətlərindən sui-istifadə edərək ipoteka krediti üçün işlədiyi banka
müraciət etmiş ayrı-ayrı şəxslərin ödədiyi külli miqdarda vəsait və sığorta
haqlarını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2
(vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər
maddələri ilə yekun ittiham elan edilib, barəsində həbsə alternativ qətimkan
tədbiri seçilib. İstintaq zamanı vurulmuş ziyanın 79 min 100 manat hissəsinin
ödənilməsi təmin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əmrahlı 5 il müddətinə
azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

Source link