İqor Korotçenko: “Qərbə tövsiyə edərdim ki, əsassız tənqiddən əl çəksin”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisindən sonra Qərbin
reaksiyası mənə çox maraqlıdır. Görəsən, Fransa Prezidenti Emmanuel Makron və
digərləri Azərbaycan xalqını təbrik edəcəklər, yoxsa tənqid edəcəklər?
Susacaqlarmı?”
Cixisyolu.com-ın məlumatına görə, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun
direktoru İqor Korotçenko Azərbaycanda keçirilən növbədənkənar prezident
seçkisi ilə bağlı monitorinqlərinin nəticələrinə dair keçirilən brifinqdə
bildirib.
O, Qərbə tövsiyələr verib:
“Mən istəyirəm ki, buradan onlara tövsiyə edim ki, əsassız tənqiddən əl
çəksinlər. Azərbaycan xalqı artıq gələcəyə doğru inamlı addım atdı. Xalqı,İlham
Əliyevitəbrik edirəm”.
İqor Korotçenko vurğulayıb ki, Azərbaycanda prezident seçkisi tam şəffaf
təşkil edilib:
“Altı seçki məntəqəsində iştirak etdim. Seçicilər də yüksək səviyyədə iştirak
etdilər və ölkənin gələcəyinə dair fikirlərini nümayiş etdirdilər. İlham
Əliyevin qələbəsi artıq xalqın iradəsi ilə əvvəldən müəyyən olunub. O, bir çox
təhlükələrin olduğu şəraitdə xalqa sadiq oldu. Həmişə ölkənin maraqlarını
müdafiə edir. Azərbaycanın dostları, dövlət rəhbərləri İlham Əliyevi inamlı
qələbəsinə görə təbrik edirlər. Biz də buna sevinirik. İ.Əliyev Rusiya
dövlətinin də dostudur. Bundan sonra da iki ölkə siyasi, iqtisadi sahədə
tərəfdaş olmaqda davam edəcəklər”.
İlhamə Əbülfət