İqor Nikolayev infarktdan sonra səhhətindən danışıb
Rusiyalı müğənni və bəstəkar İqor Nikolayev infarktdan sonrakı durumundan
danışıb və yeni çıxışının vaxtını açıqlayıb.
Məlumata görə, o, sosial şəbəkələrdə abunəçilərinə, dostlarına, həmkarlarına
və tanımadığı insanlara dəstək sözlərinə görə təşəkkür edib.
Müğənni həmçinin ondan narahat olan ailəsinə, Çazov Milli Tibbi Araşdırma
Mərkəzinin əməkdaşlarına və şəxsən cərrah Renat Akçurinə təşəkkür edib.
“Dostlar, sizin sayənizdə mən sağalıram”, – deyə Nikolayev vurğulayıb.
Bəstəkar onu da bildirib ki, oktyabrın 25-də Moskva Çaykovski
Konservatoriyasının Raxmaninov zalında oxuyacaq. Onunla pianoçu Yekaterina
Meçetina çıxış edəcək.
Xatırladaq ki, sentyabrın 15-də Nikolayev ürək ağrısı ilə xəstəxanaya
yerləşdirilmiş, 20-də mürəkkəb ürək əməliyyatı keçirmişdi.
Mənbə: Rambler