fd79ff67-ece1-4723-ac06-a6d56c948a18..jpg

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri ilə görüş keçirilib – FOTO

Baxış sayı: 571 dəfə baxılıb.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri ilə görüş keçirilib
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat naziri Mikayıl Cabbarov İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının (İƏİT) Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin nümayəndələri
Endrü Auerbax, Tomas Balko və Sara Şirmur ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə İƏİT ilə ölkəmiz
arasında uğurlu əməkdaşlıq qeyd olunub, Azərbaycanın İƏİT çərçivəsində
bügunədək qoşulduğu vergi məsələlərini tənzimləyən Çoxtərəfli Konvensiyalardan
irəli gələn öhdəliklərin yerinə yetirilməsi səviyyəsinin yüksək
qiymətləndirildiyi bir daha vurğulanıb. Eyni zamanda, Azərbaycanın “Vergitutma
bazasının aşınması və mənfəətin köçürülməsi” (BEPS) layihəsinin İnklüziv
Çərçivəsinə üzv qismində qoşulmasının önəmi və bu platformada əldə edəcəyi
faydalar və perspektiv fəaliyyət istiqamətləri barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının vergi qanunvericiliyinin və inzibatçılığının BEPS-in
15 fəaliyyətlərdən və həmçinin “Pillar 1” və “Pillar 2” (GloBE rules)
layihələrdən irəli gələn beynəlxalq standartlara uyğunlaşdırılmasını təmin
etmək, iqtisadiyyatın rəqəmsallaşmasından irəli gələn vergi məsələlərini həll
etmək üçün İƏİT tərəfindən mümkün texniki yardımlar barədə dəyərləndirmələr
aparılıb.

Görüşün nəticəsində “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin
qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata
keçirilməsinə dair Çoxtərəfli Konvensiya” (MLI) imzalanıb.

Bununla da, Azərbaycan 100-dən çox ölkənin qoşulduğu Konvensiyaya tərəfdar
çıxmaqla, qlobal səviyyədə vergidən yayınmanın qarşısının alınması prosesinə
töhfə vermək niyyətini nümayiş etdirib.

Source link