0f4a9b9d-b2cd-4ce2-bac7-c6f95649e512.jpg

İqtisadi inkişafa söykənən siyasi güc – Azərbaycanın strategiyası

Baxış sayı: 247 dəfə baxılıb.

Baku TV-nin “Global Panorama” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında rəqabətədavamlı iqtisadiyyatın qazandırdığı
siyasi-diplomatik üstünlüklərdən bəhs olunub.

Bildirilib ki, müasir dünyada hər bir ölkənin dayanıqlı inkişafı, sözünün
eşidilməsi, onun iqtisadiyyatının rəqabətqabiliyyətli olmasından və
şaxələndirilməsindən çox asılıdır.

Azərbaycan da bu konsepsiyaya önəm verir:

“Azərbaycan, Avropa və Asiyanın kəsişməsində yerləşməsi ilə xarakterizə olunan
əlverişli coğrafi mövqeyindən, eləcə də neft-qaz kimi təbii resurslarından
istifadə etməyə, rəqabətədavamlı iqtisadiyyat qurmağa və onu şaxələndirməyə
çalışır. Bu baxımdan, ölkəmizin regional və qlobal ticarət yollarında əsas
oyunçuya çevrilməsi, qeyri-neft-qaz sektorunu inkişaf etdirməsi xüsusi
vurğulanmalıdır”.

Qeyd edilib ki, Azərbaycanın siyasi-diplomatik münasibətlərində iqtisadi
rəqabət qabiliyyəti həlledici rol oynayır:

“Ölkəmiz iqtisadiyyatını gücləndirdikcə beynəlxalq aləmdə sövdələşmə
imkanlarını artırır”.

Vurğulanıb ki, ölkəmizin COP29-a ev sahibliyi etməsi onu iqlimlə bağlı qlobal
müzakirələrdə lider kimi mövqeləndirir:

“Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyat qurmağa diqqət yetirməsi təkcə
onun iqtisadi inkişafı üçün deyil, həm də diplomatik əlaqələrin
möhkəmləndirilməsi üçün vacibdir. İqtisadi şaxələndirmə, yüksək məhsuldarlıq və
strateji tərəfdaşlıq bu səylərin əsas komponentləridir”.

Azərbaycan, rəqabətədavamlı iqtisadiyyatla diplomatik təsirini təmin edərək
həm regional, həm də qlobal arenalarda mühüm oyunçuya çevrilir. İqtisadi artım
və diplomatiya arasındakı bu sinerji Azərbaycanın gələcəyini formalaşdırır.

Ətraflı süjetdə:

İqtisadi inkişafa söykənən siyasi güc – Azərbaycanın
strategiyası
İqtisadi inkişafa söykənən siyasi güc – Azərbaycanın strategiyası

Source link