583a32d0-92ff-4e05-a3fe-b6a7b75918e5.jpg

İqtisadi Şuranın növbəti iclası keçirilib

Baxış sayı: 135 dəfə baxılıb.

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, Azərbaycan İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun
rəhbərliyi ilə keçirilən iclasın gündəliyində kənd təsərrüfatının inkişafı və
ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün vacib məsələlərdən biri olan aqrar
sığorta sistemi, Aqrar Sığorta Fondunun fəaliyyəti, fermerlərin aqrar sığorta
risklərinin idarə edilməsi, sığorta qanunvericiliyi, tənzimləmə və nəzarət,
aqrar sığorta sxeminin konseptual əsaslarının (modelin) təkmilləşdirilməsi
məsələsi yer alıb.

İkinci məsələdə işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən
qurulmasında Qarabağ Dirçəliş Fondunun rolu, fondun inkişafının və
dayanıqlığının artırılması məqsədilə vəsaitlərdən səmərəli istifadə,
investisiyaların idarə olunması və investisiya gəlirlərinin artırılması
müzakirə edilib.

Üçüncü məsələ kimi əmək bazarının inkişafı üzrə mövcud vəziyyət, əmək və
məşğulluq sahəsində əsas islahatlar, rəqəmsallaşma və çağırışlar, əmək
bazarında demoqrafik meyllər, qeyri-formal məşğulluğun aradan qaldırılması və
digər cari məsələlər olub.

Gündəlikdə olan məsələlər üzrə Mərkəzi Bankın sədri Taleh Kazımovun, əmək və
əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin və iqtisadiyyat nazirinin
müavini Səməd Bəşirlinin məruzələri dinlənilib.

İclasda iştirak edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov da aqrar sığorta
sistemi ilə bağlı çıxış edib.

Təqdim olunan məsələlərə dair İqtisadi Şura üzvləri tərəfindən geniş
müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şura üzvlərinin təklifləri nəzərə alınmaqla
qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.

Source link