225e7004-daa6-4221-a10b-5bebd836f844..jpg

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib – FOTO

Baxış sayı: 592 dəfə baxılıb.

İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının
növbəti iclası keçirilib – FOTO

İqtisadi Şuranın (İŞ) və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə
Şurasının növbəti iclası keçirilib.

Bu barədə Nazirlər Kabinetinin (NK) Mətbuat Xidmətindən bildirilib.

Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən birgə iclasın gündəliyində
ölkənin neft-qaz hasilatı sahəsində cari vəziyyət və perspektivlər, o cümlədən,
SOCAR-ın və ümumilikdə respublikanın neft-qaz sektorunun uzunmüddətli inkişaf
planları, gələcək hasilat proqnozları, Heydər Əliyev adına Neft Emalı Zavodunun
Yenidənqurma və Modernizasiya Layihəsinin icra vəziyyəti, həmçinin Layihənin
icrası üçün tələb olunan əlavə işlər və digər cari məsələlər geniş müzakirə
olunub.

İclasda SOCAR-ın prezidenti Rövşən Nəcəfin məruzəsi və AİH-in Baş icraçı
direktoru Ruslan Əlixanovun çıxışı dinlənilib.

İclasın yekununda müzakirə olunan məsələlər barədə Şuranın üzvlərinin
təklifləri nəzərə alınmaqla AİH-nin İdarə Heyətinə və SOCAR-a müvafiq
tapşırıqlar verilib.

Source link