3b27a7cf-5e2e-4594-b6c7-80e6512753de..jpg

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub – FOTO

Baxış sayı: 522 dəfə baxılıb.

İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətində yeni təyinat olub –
FOTO

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin
(İZİA) İdarə Heyəti sədrinə müavin təyin olunub.

Cixisyolu.com xəbər verir ki, bu vəzifəyə Elkiyar Ziyadov gətirilib.

E.Ziyadov əmək fəaliyyətinə 2013-cü ildə Azərbaycan Dövlət Neft Şirkətində
(SOCAR) başlayıb və sözügedən qurumun strukturlarında müxtəlif vəzifələrdə
çalışıb. 2018-21-ci illərdə isə SOCAR-ın Sərmayələrdə Beynəlxalq Layihələrin
Kommersiya Fəaliyyətinə nəzarət şöbəsinin rəisi vəzifəsində işləyib.

E.Ziyadov 2021-ci ilin noyabr ayından etibarən İZİA-da təyinatadək “Azərbaycan
Dəmir Yolları” QSC-nin Marketinq İdarəsinin Biznesin inkişafı şöbəsinin rəisi
vəzifəsində çalışıb.

O, 2018-ci ildən bu yana Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə
modelləşdirməsi və proqnozlaşdırma fənni üzrə dərs deyir.

E.Ziyadov ikinci “Yüksəliş” müsabiqəsinin qalibidir.

Source link