İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)
Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə qurumdan məlumat verilib.
Məlumata görə, müşahidə Şurasının sədri, iqtisadiyyat nazirinin müavini Səməd
Bəşirlinin sədrliyi ilə keçirilən iclasda İZİA-nın İdarə Heyətinin sədri Elşad
Nuriyev 2023-cü ildə sənaye zonaları və aqroparklarda görülmüş işlər və əldə
edilmiş nəticələr barədə məlumat verib. Qurumun daxili audit hesabatı
dinlənilib, növbəti il üzrə büdcə proqnozu nəzərdən keçirilib.
İclasda 2024-cü il üzrə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri,
baxılmaqda olan layihələrlə bağlı müzakirələr aparılıb. Agentliyin strukturunun
təkmilləşdirilməsi, sənaye zonalarında rezidentlərə xidmət göstərəcək
təsərrüfat cəmiyyətinin yaradılması barədə təkliflər təhlil edilib.