154a72af-fdd0-47f9-b87c-8d4711f013a8..jpg

İqtisadiyyat naziri: “Azərbaycan yüksəkgəlirli ölkələr qrupuna daxil olmağı hədəfləyir”

Baxış sayı: 595 dəfə baxılıb.

İqtisadiyyat naziri: “Azərbaycan yüksəkgəlirli ölkələr qrupuna daxil olmağı
hədəfləyir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə
sosial-iqtisadi inkişaf Strategiyasında qeyri-neft-qaz iqtisadiyyatını daha da
inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında
mövqeyi gücləndirmək, yüksək gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir”.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda
“Dayanıqlı maliyyə və investisiya” mövzusunda keçirilən II Bakı Forumunda
bildirib.

Onun sözlərinə görə, strategiyanın icrası bir sıra sahələri inkişaf etdirəcək:

“Strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla
3-4%, qeyri-neft qaz ÜDM-in isə illik orta hesabla 5% artımı, habelə özəl
sektorun iqtisadiyyatda payının 88%-ə çatdırılması, 2021-ci illə müqayisədə
2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85% artırılması hədəflənir.
Ümumiyyətlə, dayanıqlı inkişafa nail olunmasında bütün maraqlı tərəflərlə
səmərəli əməkdaşlığın və investisiyaların rolu vacibdir. Bu baxımdan forum
çərçivəsində istər dövlət, istər qeyri-hökumət təşkilatları, investorlar və
beynəlxalq təşkilatlarla aparılacaq müzakirələrin və qurulan əməkdaşlıqların
ölkəmizdə “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf
sahəsində Gündəliy”in icrasına öz müsbət töhfəsini verəcəyinə inanıram”.

Source link